Rəşad Dağlı cinayətində İran izi? - ŞOK iddia
Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu, keçmiş məhbus İskəndər Mehtiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib. Rəşad Dağlı kimi tanınan Əmirov Rəşad Vaqif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin qaldırılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. Qeyd edək ki, sosial şəbəkələrdə qətlin səbəbləriylə bağlı müxtəlif mülahizələr isrəli sürülür. Tanınmış jurnalist, Prime TV-nin baş redaktoru Aygün Muradxanlı isə sensasiya sayılacaq iddia ilə çıxış edib. Jurnalist məlum qətldə İran izinin olduğunu bildirib: "Rəşad meyxanaçılar içərisində İranı, Xamneyini, narkotikanı açıq hədəf alan tək adam idi. İran da onu zərərsizləşdirdi. Külli miqdarda narkotik satdırdığı, həbsxanada olmayan beynini yuduğu, 15 gün öncə azadlığa çıxan əlaltısı vasitəsilə. Allah Rəşadın qapısını açsın. Öldürülən şəxs həbsdən çıxdığı 15 gündə Rəşada 37 dəfə zəng edib. Əcəba niyə? Uzun müddət ev-eşiyindən uzaq qalan bir adamın başqa işi-gücü olmayıb? İndi Rəşada yaxşı vəkil lazımdır". /Yenisabah.az