"Azərenerji"-də daha bir QALMADAL...

Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı - » Yenixeber.org - Oxu, xəbərin olsun

"Azərenerji" ASC-nin Nəzarət İdarəsinin rəis müavini Elvin İsabala oğlu Əliyevin əxlaqsız, idarə adına ləkə gətirən və qanunsuz əməllərindən danışacağıq.

Daxil olan məlumata görə torba tikib işdən qovmaq məsələsi Elvinin kurasiyasındadır.
Kim işləmək istəyirsə, mütləq Elvinin olmayan bığının altından keçməli, öz maaşından ona ərməğan etməlidir.
Elvin neçə ilin xanım işçilərini gözüm çıxdıya salıb, kim rahat, başı sakit işləmək istəyirsə, mütləq Elvinə xod tapmalıdır.
Ən maraqlısı odur ki, Elvin həmişə atasının adını çəkməklə "mən İsabalanın oğluyam, mənə heçkim heçnə edə bilməz" deyərək özündən qat-qat həm savadca, həm yaşca həm də vəzifəcə yüksək olan əməkdaşlara  xox gəlməklə qorxudur. Elvin hərdəfə Duty Freedən Baba Rzayevə sevdiyi siqaretləri almaqla Zirə kəndinə qonaq gedir. Bildiyimiz kimi Elvinin həm savadı həm də tərbiyəsi çox aşağı səviyyədədir və bşqa işə yaramadığı üçün Baba Rzayevə siqaret almaqla, eyni zamanda sədrin pencəyini daşımaqla yetinir, çünki Enerjisistem üçün lazımi əhəmiyyəti olmayan bir kadrdır.
Teref.az yazır ki, bu fikirlər saytımıza göndərilən məqalədə deyilir. Daha sonra müəllif fikirlərini şərh edərək deyir:
"Azərenerji" ASC-nin Layihə Axtarış və Energetika İnstitutunun nəzdində olan Laboratoriya mərkəzinin direktoru Əliyeva Səbinədən dəfələrlə xahiş edərək "mənə 1 2 dənə qəşəng qız verdə laboratoriyadan-"SAXLAMAĞA" ifadələrini işlətdiyinin dəfələrlə şahidi olmuşuq. Səbinə də öz növbəsində "ha ha ha" gülərək öz mədəniyyətini, direktor adına yaraşmayan davranışını nümayiş etdirmişdir. Qeyd etmək istəyirik ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevin müşaviri Vüqar Əliyev Səbinəni himayə edir. Hər dəfə "Azərenerji" ASC-nin baş ofisi olan 20 yanvar filialına gələndə saatlarla Səbinənin otağında onunla təkbətək məşvərət keçirir. İdarədə hamı bu gündüz məşvərətinə müəmma kimi baxır. Daxil olan məlumata görə bu xanımın atası da Nəzarət İdarəsində şöbə müdüri işləmişdir. Qızının bu cür əxlaqsızlıqlarına tab gətirməyib işdən çıxmışdır. Biz başa düşmürük "Azərenerji" ASC-də nələr baş verir? "Azərenerji" ASC əxlaqsızlıq yuvasıdırmı?

Mingəçevir şəhərindəki qonaq evində gecələr Elvin hansısa naməlum xanımlarla tez-tez məşvərət keçirir.  Daxil olan məlumata görə, Əliyev Elvin İsabala oğlu elektrik stansiyalarına və regional elektrik şəbəkələrinə yoxlanışa gedirmiş, lakin oradakı işçilərdən kimi yatmış vəziyyətdə görərsə, işdən çıxarma adı qorxuzub külli miqdarda pul vəsaiti mənimsəyirmiş. Pul verməyənlərin isə əmrini dərhal verirmiş...

Azərenerji ASC-nin Nəzarət İdarəsinin rəis müavini Əliyev Elvin İsabala oğlu qanunsuz əməlləri bitmək bilmir.

Elvin heç nə baş verməmiş kimi bu gün vəzifəsinin başındadır. "Azərenerji" ASC-nin prezidenti cənab Baba Rzayev isə bu məsələlərə heç bir müdaxilə etmək istəmir. Səbəbi nədir görəsən?

Əldə etdiyi məlumata görə, Ə.Elvin Azərenerji ASC-nin əməkdaşı olan Ağayev Ağamirin doğmaca dayısıoğludur. Ağamir bir müddət nə oldusa İdarədən uzaqlaşdırıldı. Səbəb olaraq "maaş davası" etməsi göstərildi. Guya Şefə maaşını artırması üçün hədə qorxu gəlibmiş, şef də onu iti qovan kimi qovmuşdur. Hətta bildiyimiz kimi Ağaminin atası Baba Rzayevlə qanlı düşməndir, Baba Rzayevi heç it yerinə də qoymur. Bu mənzərə Ağamirgildə keçirilən yas mərasimində  diqqətimizdən qaçmadı. Belə ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev məclisə daxil olmuşdur, lakin Ağamirin atası ona salam verməyi belə özünə rəva bilməmişdir.

Daxil olan məlumata görə Elvinin sərəncamında 2 xidməti maşın fəaliyyət göstərirmiş. Elvin qanunsuz olaraq 1 xidməti "Nissan Maxima" 944 nömrəli maşını ailə maşınına çevirmişdir. Beləcə dövlətimizin əmlakını belə dağıdırmış.

Qeyd etmək istəyirik ki, Nəzarət İdarəsinə yeni təyin olunmuş rəis müavini Mail müəllimə hörmətimiz böyükdür. Lakin Elvinin onunla 5-ci mərtəbənin koridorunda xidməti maşın üçün əlbəyaxa davası da gözümüzdən qaçmadı. Azərenerjinin rəhbərliyi nəyə baxır? Bu nə özbaşınalıqdır?
Teref.az yazır ki, müəllif daha sonra hadisələriu belə təsvir edir:
Məsələ ilə bağlı isə gün ərzində Elvinin rəisi, keçmiş Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Səməd İslamov da az aşın duzu deyil. Belə ki, o Mingəçevir şəhərinə ezamiyyə adı altında səyahəti zamanı Kürün sağ sahilində yerləşən "Ağsaray" adı altında fəaliyyət göstərən oteldə qızla gecələməyi də nəzərimizdən qaçmamışdır. Belə ki, otelə hərdəfə "qızla" gecələməyi barədə faktlar həryerdə öz əksini tapmışdır. Görəsən niyə Azərenerji ASC-nin Nəzarət İdarəsinin rəisi iş adı altında getdiyi "ezamiyyətlərdə" əxlaqsız işlərlə məşğul olur? Balababa Rzayev niyə heç bir tədbir görmür? Nəzarət İdarəsinin rəisinə kim "Nəzarət" etməlidir?

Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı - İLGİNC FAKTLAR - Turantv.az

Azərenerjinin Nəzarət İdarəsinin rəis müavini Əliyev Elvin İsabala oğlunun idarədəki xanımlara qarşı aparılan qarayaxma kampaniyası təkcə yuxarıda sadalanan faktlarla yekunlaşmır. Növbəti sayımızda bu faktların hər biri, eləcə də Elvinin və İnformasiya Texnologiyaların rəisi Əhməd Muradlının iş adamlarını “vurmaq” üçün hansı qanunsuz göstərişlər verməsi ilə bağlı oxucularımıza geniş məlumat verəcəyik.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az






Fikirlər