İnsanların Marsa olan marağının getdikcə artması və məlumatların daha çox yayılması çox da uzaq olmayan gələcəkdə bu planetə insan səfərlərini mümkün edəcək.
Ancaq indi Marsa təşkil ediləcək səfərlərin qarşısına ciddi əngəl çıxıb. Problem ondan ibarətdir ki, aparılan araşdırmalar kosmosun dərinliklərində radiasiya şüalanmasına məruz qalan astronomların qan xərçənginə tutulması riski digər qruplara nisbətən daha yüksək olduğu ortaya çıxıb.
"AzerTaym.az" cebhe.info-ya istinadən xəbər verir ki, araşdırmaçılar insandan alınan kök hüceyrələrini bir siçana yerləşdirərək radisiyanın təsirinə məruz qoyublar. Məlum olub ki, bu simanlarda xərçəngə yoluxmaq riski sürətlə artıb.
İlk dəfə radiasiyaya məruz qalan kök hüceyrələr genetik olaraq zədələnir və bu da qan xərçənginə yol açır. İkinci problem isə radiasiyaya məruz qalan hüceyrələrin kənardakı müdaxilələrə qarşı mübarizə aparan ağ qan hüceyrələrinin istehsalının qarşısının alınmasıdır. Belə olan təqdirdə immun sistemin zərərli hüceyrələrlə mübarizə etmək və onları məhv etmək bacarığı azalır.
Araşdırmaları NASA maliyyələşdirir.