Bakıda sakinlər aksiya keçirdi - VİDEO

Keçmiş "Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər.

 AzerTaym.az Azadliq.org-a istinadən xəbər verir ki, etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər.
Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir. Sakinlər deyir, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir.
Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.
 

 






Fikirlər