"Kim Heydər Əliyevlə bağlı bir kəlmə yaxşı söz söyləyirsə, elə bil sənin anana, arvadına söyür"
17 oktyabrda BMM-də keçirdiyimiz Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirə əsasən ziyalılarımızı və mətbuatımızı dəvət etmişdik. Məqsədim sadəcə 18 oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi minnəttarlıq hissi ilə anmaq idi. Yaxın tariximizdə baş vermiş bu önəmli hadisənin unutdurulmaması üçün gündəm yaratmaq və istiqlal aktına imza atan millət vəkillərinə təşəkkür etməkdən başqa bir məqsədimiz yox idi. Tədbirdə iştirak edən millət vəkilləri və ziyalılarımız da çıxışlarında bunu edirdilər. Millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında müstəqillik aktında imzası olan millət vəkillərinə "İstiqlal" ordeninin verilməsini belə təklif etdi, Fazil Mustafa da o günün önəmini və o gün üçün mübarizə aparmiş insanlarin millətin taleyində oynadıgı rolu bir daha qeyd etdi. Millət Vəkili Fəzail İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus ve ermənilərin işbirliyindən danışdı. O günlərin canlı şahidlərindən biri və Müstəqillik aktında imzası olan Firudin Cəlilov da bu günlərimiz üçün o zaman çəkilən çilələri, çətinlikləri, acıları və ağrıları anlatdı. Azadliq hərakatının liderlərindən biri Sabir Rüstəmxanlı da o günün qəhramanlarının bu gün yaşadıqları çətinlikləri, onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi, çıxışçıların heç birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb? Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi) falan filan.Yasəmən xanımın çıxışı tam bir provakasiya xarakterliydi, tədbirin əhəmiyyətinə kölgə salmaq, araqarışdırmaq, iş görmək əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. İndi gələk iki gündən bəri sosial medyada açılan bir tərəfli müzakirələrə, təhqirlərə və yalanlara… Birincisi, mənim kimi dəvət edib, kimi etməyəcəyim haqqında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edenlərə bir sualım var, 1999-cu ildə də sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvülərinin bir çoxu onu və xanımı Samaranı təhqir edendə onu sizlərin şərrindən, qorumaq üçün tədbir təşkil edərək "Ədalət Qılıncı" təqdim etmişdim və Əli Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Zaman o zaman idi ki, indi söydüyünüz iqtidarla Əli bəyin heç bir problemi yox idi, onu və ailəsini sizin əqidə yoldaşlarınız təhqir edirdi. Mən Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə alaraq Əli Kərimliyə bir evladım kimi sahib çıxmışdım. Azərbaycanda göreşənlik edəcəyinə, bax gör Türkiyədə türk soyundan olan nə qədər, nazir, başnazir və Cumhurbaşqanı var. Bizdə dövlətin məqamlarına sayqılı olurlar, yoxsa ölkənin başında durmuş, ona xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin kimi söyüş söyüb təhqir etmirlər. İllərdir Azərbaycana düşmən mövqeyində durmusan. Kim Heydər Əliyevlə bağlı bir kələmə yaxşı mənada söz söyləyibsə elə bil sənin anana, arvadına söyür. Həmən iftira makinanı işə salırsan. Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərədim, amma bunu zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz adam elə sən özünsən. Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı, ölkəmi təmsil edən atributlardan biri olub. ƏlbəttəTürkiyədə və başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan verməmişəm. Çünki, mənim dövlət məqamına sayqım var və Türk əxlaqından danışanın bunu bilməsi gərəkir. Qaldı ki, günlərdir iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmaq istəyən, sözdə "bəy" və "xanımlara"onların da kim olduğunu öyrəndikdən sonra içim çox rahatladı. Necə deyərlər, "dinimə söyən müsəlman olsa bari”. Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan jurnalistin, xanımının kaseti yayımlanıb. Məni söyən və mənə sus deyən xanımın isə kaseti sosial mediyada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu? Avropaya sığınaraq, məni söyən "vətən sevərlər"- orda erməni və Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi? Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda, ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki, sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz? Sizlər bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda sizləri və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərrindən uzaq eləsin. Sizləri isə inancınız varsa Allaha həvalə edirəm. Namərd dostun olunca, mərd düşmənin olsa yaxşıdır. Tənzilə Rüstəmxanlı
Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət, çirkab varsa tökün bu ailənin üzərinə (eynən Erqanakonda olduğu kimi, onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün hazırladığı iddianamənin düyməsini Fətullah Gülən basmışdı).