Məhəmməd ƏLİ son mənzilə yola salınır: 15 MİN müsəlman cənazə namazı qılacaq

mehemmed-eli

74 yaşında həyatını itirən əfsanə boksçu Məhəmməd Əlinin iki gün davam edəcək cənazə mərasimi bu gün başlayır.

 

Cebhe.info xəbər verir ki, tənəffüs yollarındakı narahatlığa görə 74 yaşında həyatını itirən ABŞ-lı əfsanəvi boksçu Məhəmməd Əlinin iki gün davam edəcək cənazə mərasimi Lousivilledə qılınacaq cənazə namazı ilə başlayacaq.

Məhəmməd Əlinin doğulduğu Kentucky əyalətinin Louisville şəhəri tarixinin ən əhəmiyyətli mərasimlərindən birinə hazırlaşır. Məhəmməd Əlinin doğulub böyüdüyü evi və onun adı verilən “Muhammad Ali Center” əfsanəvi boksçunu sevənləri tərəfindən ziyarət edilir.

Təxminən 600 min əhalisi olan şəhərdə reallaşan mərasim bu gün yerli vaxtla saat 12.00 də qılınan cənazə namazı ilə başlayacaq.

Məhəmməd Əlinin 1960-ci ildə ilk professional döyüşünü keçirdiyi “Freedom Hall”da qılınacaq namazda 15 mindən çox müsəlmanın iştirakı gözlənilir.

Mərasimə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Efsane boksçu üçün ikinci mərasim isə sabah “KFC Yum! Center”də keçiriləcək. Bu mərasimdə digər dinlərin nümayəndələrinin, fərqli cəmiyyət seqmentlərindən Məhəmməd Əli sevənlərinin qatılması gözlənilir. Bu mərasimdə keçmiş ABŞ prezidenti Bill Klinton, gülüş aktyoru Billi Kristalın çıxış edəcəyi deyilir.






Fikirlər