"Bir ildir maaş almırıq, yemək verilmir" - Güləşçilərimizdən BOYKOT!

"Bir ildir maaş almırıq, yemək verilmir" - Güləşçilərimizdən boykot!

Bir ay sonra Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.

Yenicag.az-a məlumat verən komandanın üzvləri dünya Çempionatına bir ay qalmasına baxmayaraq, oyunlara hazır olmadıqlarını bildirib:

Güclü və əzmli olmaq üçün bizə yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almırıq

Yemək verilmir, həkimlər, masajistlər yoxdur. Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir. Biz bu məsələ ilə əlaqədar bu və ya digər problemlərin işıqlandırılması üçün mətbuat konfransı təşkil etmişik. Səsimizə səs verən və bayraqlarımızı yüksəklərdə görmək istəyən bütün media nümayəndələrini görüşümüzə səsləyirik”.

Qeyd edək ki, millinin üzvləri “Rio 2016” yay olimpiya oyunları zamanı qazandıqları pul mükafatlarını da indiyədək almadıqlarını söyləyib. Məlumat üçün bildirək ki, mətbuat konfransı sabah 13:00-da “Excelsior” oteldə baş tutacaq.

 






Fikirlər