Avropa çempionuna yer sildirirlər – FOTO

guresci11

Türkiyəli eşitmə qüsurlu güləşçi Seyfullah Qaradəniz dövlət idarəsində yerləri silərək maaş alır.

“Qafqazinfo” NTV-yə istinadla xəbər verir ki, karyerasında olimpiada üçüncülüyü, dünya ikinciliyi və Avropa çempionluğu olan idmançı Çankırı Gənclər İdman İdarəsində işləyir.

İdmançının yerləri silərkən çəkilən fotosu hər kəsi təəccübləndirib. S.Qaradənizin iş səbəbindən məşqlərə qatıla bilmədiyi bildirilir.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi araşdırma aparmaq üçün müfəttişləri Çankırıya göndərib.

Hazırda araşdırma aparılır.






Fikirlər