Məşhur futbolçuya AĞIR CƏZA - 6 ay OYNAMAYACAQ - FOTO
UEFA-nın İntizam Komitəsi anti-dopinq qaydalarını pozduğuna görə Fransa yığmasının sabiq futbolçusu Samir Nəsrinin 6 ay müddətinə diskvalifikasiyasını təsdiqləyib. 31 yaşlı yarımmüdafiəçi qadağan olunan terapiya metodunun istifadəsində təqsirli bilinib. Futbolçunun apellyasiya şikayəti vermək hüququ var. Qeyd edək ki, S.Nəsri karyerası ərzində Fransanın “Marsel”, İngiltərənin "Arsenal”, "Mançester Siti”, İspaniyanın "Sevilya” və Türkiyənin “Antalyaspor” komandalarında çıxış edib. Bu ilin yanvar ayından etibarən klubsuz qalan yarımmüdafiəçi 2007-2013-cü illərdə Fransa yığmasının formasını geyinib. (report)