“Android” üçün yeni virus BANKA ZƏNGLƏRİ bloklayır

““Android” üçün yeni virus banka zəngləri bloklayır

Bəzi istifadəçilər bank kartlarından pulların naməlum istiqamətdə yoxa çıxması problemi ilə rastlaşanda vəziyyəti aydınlaşdırmaq üçün bank əməkdaşlarına müraciət etmək məcburiyyətində qalır. Cinayətkarlar bunun qarşısını almaq üçün üsul taparaq "Android" mobil əməliyyat sistemi üçün banka zəngi bloklayan "Android.Fakebank" adlı virus yaradıblar.

“AzerTaym.az”  Qafqazinfo” -a istinadən xəbər verir ki, informasiya təhlükəsizliyi və informasiya mühafizəsi sahəsində proqram təminatının hazırlanmasında ixtisaslaşan "Symantec" şirkəti həmin virusun olması barədə 2013-cü ildə məlumat versə də, hazırda internetdə onun daha təkmil versiyası yayılmağa başlayıb.

Məlumata görə, smartfona düşən virus istifadəçiyə pulların itməsini aydınlaşdırmaq və kartı bağlamaq üçün banka zəng etməyə imkan vermir. Əlbəttə, başqa telefondan istifadə etmək və ya banka getmək olar, lakin bu, cinayətkarlara daha çox pul oğurlamağa vaxt verir. Virusun indiyədək yalnız bir neçə regionda yayılması bildirilir.

Qurğunu bu və ya digər virus yoluxmasından qorumaq üçün yeganə üsul kimi əlavələrin "Google Play" kimi yoxlanılmış mənbələrdən yüklənilməsi və digər istifadəçi rəylərinin öyrənilməsi göstərilir.






Fikirlər