ELMAN RÜSTƏMOV VƏTƏNDAŞIN EVİNƏ GÖZ DİKİB

ELMAN RÜSTƏMOV VƏTƏNDAŞIN EVİNƏ GÖZ DİKİBBaş bankirə məxsus olduğu bildirilən «Bank Respublika» iləbağlı İlham Əliyevə şikayət

Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 7, mənzil 10-da yaşayan Məmmədova Zemfira Dostməmməd qızı ölkə başçısı Ilham Əliyevə, baş nazir Artur Rasizadəyə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, Heydər Əliyev Fondununun prezidenti Mehriban Əliyevaya və Kütləvi Informasiya Vasitələrinəmüraciət edib. Zemfira Məmmədovanın müraciətində dollarla kredit probelmindən bəhs edilir. Şikayətçi bildirir ki, oğlu
Azər Hüseynov 2015-ci il martın 11-də “Bank Respublika” ASC-nin Sumqayıt filialından 19 400 ABŞ dolları məbləğində kredit götürüb. Kreditin müqabilindəZemfira Məmmədovanın mülkiyyətimdə olan 16-cı mikrorayon, ev 7-də yerləşən 3 otaqlı, 10 saylı mənzil girov qoyulub. Şikayətçi bildirir ki, 2015-ci ilin dekabr ayına qədər ödənişlərdə heç bir problem olmayıb: “Vaxtlı-vaxtında krediti ödəmişik. Lakin 2015-ci dekabrın 21-də dolların 1.05 AZN-dən 1.55 AZN-ə qədər bahalaşması bizim işiimiz çətinə salıb. Qeyd edim ki, dollar bahalaşanda həmin bankda dollarla olan kreditlər manata çevrilib. Bu barədə bank özü müştərilərinə xəbər verib. Lakin nədənsəbu güzəşt bizə edilməyib. Əksinə, oğlum dollar bahalaşandan sonra banka gedib. Oradan ona narahat olmamağı bildiriblər. Lakin ödənişin vaxtı çatanda bəlli olub ki, biz krediti yeni kursla ödəməliyik.
Biz yenə də krediti ödəməyə hazırıq. Lakin kim zəmanət verə bilər ki, dollar növbəti dəfə bahalaşmayacaq? Ona görə də banka təklifi etmişik ki, bizim krediti də mövcud kursla manata çevirsinlər. Lakin bank iddia edir ki, milli valyutaları yoxdur. Halbuki oğlum dollarla kredit götürməmişdən əvvəl bu bankdan manatla kredit götürüb: 13 min manat. Heç bir problem olmadan krediti ödəmişik. Yaxşı müştəri olduğumuz üçün bank bizə etimad göstərərək növbəti dəfə kredit verib. Ölkənin ən iri banklarından olan “Bank Respublika” ASC-də manatın olmaması inandırıcı deyil. Biz bunu bəhanə kimi qiymətləndiririk.
Bütün bunları detallı diqqətinizə çatdırmaqda məqsədim odur ki, krediti ödəməkdən yayınmaq niyyətimiz yoxdur. Bir daha qeyd edirəm ki, biz krediti mövcud kursla da ödəməyə hazırıq. Lakin diqqətinizə çatdırıram ki, kreditin müddəti 11 mart 2018-ci il tarxidə bitir. Bu müddət ərzində dolların bahalaşmayacağına heç kim zəmanət verəbilməz. Ona görə də xahişimiz odur ki, indiki halda götürdüyümüz kredit milli valyutaya çevrilsin. Əks təqdirdə biz dolların növbəti bahalaşması zamanı krediti ödəyə bilməyəcəyik. Mənim yalnız bir evim var. Həmin evdə də mənlə yanaşı oğlum da ailəsi ilə qalır. Mən bilmirəm, bəlkə də bank gözünü bu evə dikib. Lakin bunun sonu xoşagəlməz hadisələrlə nəticələnə bilər ki, bunun da məsuliyyəti bankın üzərindəqalacaq”.
Zemfira Məmmədova ölkə başçısı və müraciət etdiyi digər şəxslərdən problemi diqqətdə saxlamalarını və məsələnin həllinə yardım etmələrini xahiş edir.
Bəzi iddialara görə, “Bank Respublika” ASC-nin sahibi Mərkəzi Bankın sahibi Elman Rüstəmovdur. Zemfira Məmmədovanın müraciətindən də görünür ki, vətəndaş krediti ödəməkdən yayınmaq niyyətindədir. Sadəcə bankın da mövcud vəziyyəti nəzərəalmasını və qarşılıqlı razılaşma əsasında problemin həllinə çalışır. Lakin bankın heç bir güzəştə getməməsi, faktiki olaraq bir ailənin küçəyə atılmasını şərtləndirir.\azadlıq.info\






Fikirlər