Oğlunun boşanmasına səbəb olan Elşad: "Rəvanın bacarmadığını etdim"
"Mənim günahım olmadı. Sadəcə, Rəvan edə bilmədiklərini mən etdim. Rəvandan soruşun". "AzerTaym.az" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elşad Qarayev "Ay Zaur" verilişində deyib. Sənətçi oğlu Rəvan Qarayevin boşanmasından danışıb. O, boşanmaya səbəb olduğu ilə bağlı söz-söhbətə münasibət bildirib. E.Qarayev aparıcının "Ailə başçısı kimi yumruğu stolda olmadı? Yumşaq oldu? Ən yaxşı hansı gəlin idi: birinci, yoxsa ikinci? Deyirdin, gəlinimin elə səs yazılarını camaata təqdim edərəm ki" sualına belə cavab verib: "Camaatın nə işinə qalıb? Onları mən ayırmamışam. Amma ayrılmaqlarının səbəbkarı 10 faiz mən olmuşam. Rəvan çox üzüyumşaq idi". Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub və ayrılıb. İkinci həyat yoldaşı onları Rəvanın atası, Elşadın ayırdığını iddia edirdi.