ARDA Turan dünya liderlərinə səsləndi: "Evlərdə ANALAR, atalar, UŞAQLAR ağlayır"
. Dünən Ankarada baş verən terror hadisəsi haqda məşhurlar da paylaşımlar ediblər. AzerTaym.az Türkiyə mətbuatına istinadən məlumatına görə, "Barselona"nın türk futbolçusu Arda Turan sosial şəbəkədə dünya liderlərinə müraciət edib. O, liderlərin Fransadakı terrora qarşı yürüşündən foto paylaşaraq yazıb: "Bu, sadəcə bizim problemimiz deyil: sənin, mənim, hamımızın... Terrora qarşı bir bədəndə birləşmək zamanıdır. Biz bu dünya üzərində torpağa düşən hər can üçün göz yaşı tökdük. Kədər sizin ölkələri bürüdüyü zaman sizlərə əl uzatdıq, bərabər ağladıq. İndi fəxr etdiyiniz mədəniyyətə uyğun olaraq lazım olanı edin və ayağa qalxın. Çünki insanın dəyərini müəyyənləşdirən yaşadığı coğrafiya deyil. İndi mənim ölkəmdə tanımadığınız evlərdə analar, atalar, bacılar, qardaşlar, həyat yoldaşları, uşaqlar ağlayır. İndi etirazınızı göstərin. Mən Türkiyə Cümhuriyyətini təmsil edən bir idmançı olaraq, bunu sizlərdən gözləyirəm. Hamımız bunu gözləyirik. Bu, sadəcə, bizim kədərimiz, bizim terrorumuz deyil".