31.07.2014- MEŞƏLƏRİMİZ BELƏ QIRILIR - VİDEO

31.07.2014- MEŞƏLƏRİMİZ BELƏ QIRILIR - VİDEOCəlilabad rayonunda meşə massivləri günü-gündən məhvə doğru gedir. Bəzi işbazların təhrikiylə bir sıra kəndlərin sakinləri meşələrdəki ağacları qeyri-qanuni kəsərək dəyər-dəyməzinə satmaqla gündəlik çörək pullarını çıxarırlar.

Bu günlərdə əslən cəlilabadlı olan bir həmkarımızın toy məclisinə səfəri zamanı təsadüfən rayonda gördüklərini,eşidiklərini bizə danışanda sözün düzü, vəziyyətin bunca acınacaqlı olduğunu heç ağlımıza belə gətirməzdik.Xəbər redaksiyamıza çatar-çatmaz deyilənləri yerindəcə araşdırmaq məqsədilə rayona öz əməkdaşımızı ezam etdik. Əməkdaşımızım müşahidələri bizə gələn şikayət məlumatların heç də əsassız olmadığını göstərdi.

Rayonun Şatırlı kəndində vəziyyət xüsusilə acınacaqlıdır. Belə ki, eydi adlı meşə massivində üca palıd ağacları nəinki balta ilə hətta elektrik mişarları ilə doğranaraq satışa çıxarılır. Artıq Saştırlı meşəsinin avtomobil keçə bilən bütün hissələrində nəhəng pald ağacları ərşə çəkilib.

Yerli sakinlərin sözlərinə görə, meşənin bəzi gizli ərazilərndə hətta qeyri-qanuni odun karxanaları da fəaliyyət göstərir.Avtomobillər günün müxtəlif saatlarında həmin əraziyə daxil olub doğranmış hazır odunları götürərək odun bazarına çıxarırlar. Meşədə olduğumuz müddət ərzində kimisi ağacları kəsib atlara, kimisi isə arabalara yükləyərək daşıyırdı. Kənd sakinləri bunu meşəbəyindən aldıqları razılıq əsasında etdiklərini deyirlər.

Ekologiyamızın, udduğumuz havanın əsas mənbəyi sayılan bu meşələrin qırılmasının sabah ciddi problemlərə çevrilə biləcəyini düşünüb qarşılaşdığımız bəzi faktları əyani sübut kimi lentə aldıq.

Əlaqədar qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətləri Nazirliyinin rəhbərlərini məlumatlandırmaq üçün həmin video-faktı təqdim edirik.

Buyurun, cənab Hüseyn Bağırov. Meşələrimizin başına gətirilən oyunlarla siz də tanış olun.







Fikirlər