“Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi” – RAMZAN KADIROV
Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün “qiymətli hədiyyə” oldu. “Report” xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.
“İndi isə ABŞ-ın hərəkətləri barədə. Onların hərbi gəmilərindən buraxılan raketlər müki vətəndaşların qanını axıtdı və bunu İŞİD üçün qiymətli hədiyyə etdi – Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi. Terrorçular üçün yol açıqdır”, – deyə o yazıb.