Bürüsseldə TERROR Əbdüsəlamın HƏBS olunmasının qisasıdırmı?

00147820

Qisas zərbəsimi? Yeni terror ocağının mövcudluğu və təhlükəsizlik xidmətinin səriştəsizliyimi? Parisdəki terrorun təşkilatçısı, Brüsseldə həbs edilən Saleh Əbdüsalamın xüsusi şəbəksi fəaliyyət göstərirmi?

Brüsseldəki partlayışların mühüm məqamları var.

Birincisi – aydındır ki, cihadçılar tərəfindən Avropaya gələn istənilən təhlükə arta və ya səngiyə bilər, lakin bu təhlükə bir nəfərin həbsi ilə yoxa çıxan deyil.

İkincisi – həm terrorçular, həm də onların qarşısını almağa cəhd göstərənlər təşəbbüsü ələ almağa çalışırlar. Burada praktik və psixoloji aspektlər də var.

Terrorizmə qarşı mübarizə agentliyinin məqsədi hücumların qarşısını almaq və şübhəlilərin yaxalanması üçün informasiyanın kifayət qədər sürətli toplanmasından ibarətdir. Bu əməliyyatlar elə aparılmalıdır ki, başqa şəbəkələr işə düşüb yeni hücumlar planlamasınlar. Terrorçuların hədəfi zorakılıq və qəddarlığın köməyi ilə dəhşət yaratdıqlarını, bütün güclərini bir yerə cəmləməyi və sonradan isə bu güclərini yaymaq imkanlarının olmasını göstərməkdir. Bu təkcə qisas deyil, həm də öz bacarıqlarının nümayişi idi. Onlar geriyə çəkilə bilərlər, lakin özlərinin söylədikləri kimi, yoxa çıxmayacaqlar.

Digər tərəfdən isə, tamamilə mümkündür ki, ekstremist şəbəkəsi güc strukturlarının Əbdüsəlamdan əldə etdikləri istənilən məlumata reaksiya verənədək, hərəkətə keçməyi qərara alıblar. İndi çox güman ki, Əbdüsəlamın köhnə yoldaşları həbsdə onun hakimiyyət ilə əməkdaşlığından şübhələniblər.

Belçikanın xarici işlər naziri Didye Reydersin bildirdiyinə görə, Əbdüsəlam müstəntiqlərə Brüsseldə yeni hücumların olması barəsində məlumat verib. Ola bilər ki, şəbəkə üzvləri təhlükəsizlik xidməti onların yerini müəyyənləşdirənə kimi fəaliyyətə keçiblər. Tamamilə mümkündür ki, həmin şəbəkəyə Parisdəki terror aktlarında iştirakda şübhəli bilinən və noyabr ayından sonra gizlənən daha iki nəfər də daxildir.

Noyabr ayında törədilən aksiyanın planlaşdırılmasında və təşkilində mühüm rol oynayan 31 yaşlı Mərakeş əsilli Belçika vətəndaşı Mohammed Əbrini bu hadisədən sonra yoxa çıxıb. O, Əbdüsəlamın uşaqlıq dostudur və onların ailələri Brüsselin Molenbek rayonunda qonşudurlar. M.Əbrinin həbsi haqqında çıxarılan beynəlxalq orderdə, o, “təhlükəli və silahlıdır” kimi tanıdılıb.

Polis həmçinin Sufian Kayal təxəllüslü ilə tanınan şəxsi də axtarır. Belçika müstəntiqləri müəyyənləşdiriblər ki, onun əsl adı Nəcim Laakrudidir və böyük ehtimalla 2013-cü ilin fevralında Suriyaya yollanıbmış. N.Laakrudi 9 sentyabr tarixində Avstriya-Macarıstan sərhəddini keçərkən saxta sənədlər təqdim edib. O, Əbdüsəlam və 35 yaşlı əlcəzairli Mohammed Belkaidomla birlikdə sərhəddi keçirmiş. Bu üç nəfər özlərini turist kimi təqdim edərək, Vyanaya dincəlməyə getdiklərini bildirdikləri üçün şübhə çəkməyiblər. M.Belkaidi polisin bu yaxınlarda keçirdiyi reyd zamanı Brüsseldə öldürülüb.

Şəbəkədə xeyli adam var. Çünki bunun belə olmasını axtarılan zaman Əbdüsəlamın uzun müddət ərzində gizlənməyi bacarması da sübut edir. Onu bir neçə əlaqələr üzrə axtarırdılar. Avropadakı müasir cihadçı ekstremistlərlə bağlı reallıq belədir. Burada söhbət təkbaşına hərəkət edənlərdən getmir. Xeyli sayda adam cəmiyyətin içərisində dərin şəkildə kök salıb ki, onlar ya ekstremistlərin baxışlarını paylaşırlar və ya da ki, cihadçılarla ailə bağları vardır.

Araşdırmalar göstərir ki, hücum edənlərin böyük əksəriyyəti öz planları barəsində məxsus olduqları sosial dairə içərisində eyhamlar vururlar. Sosial dairədəki bəziləri polisə gedib xəbər verirlər. Fransa KİV-lərinin məlumatına görə, cəmiyyətin içərisindən verilən istiqamətin köməyi ilə Əbdüsəlamın izinə düşmək mümkün olmuşdu. Amma heç də hamı polisə məlumat vermək fikrində deyil.

Ekstremist ideoloji baxışlarının qlobal xarakter almasına və İŞİD, Əl-Qaidə kimi qrupların “beynəlxalq status” almasına baxmayaraq, onların fəaliyyəti tamamilə lokal xarakter daşıyır. Son on il ərzində Avropadakı bütün hücumlar yerli sakinlər və yerli obyektlərə qarşı törədilib. Brüsseldə baş verən hadisədə elə məhz bu səpgidə idi.






Fikirlər