TBMM-dəki üç ERMƏNİ və 15 iyul
Prof. Qafar Çaxmaqlı Türkiyə Böyük Millet Məclisinə ən son erməni Hermine Qalustyan 1961-ci ildə seçilmişdi. Eyni dönəmdə TBMM-də daha bir erməni də vardı- Berç Turan. O da ən son seçilənlərdəndi. Soyisminə fikir verin. Kim deyərdi ki, “ Turan “ familiyalı bu adam erməni olar. Maskaya fikir verin. B. Turan 1964-cü ilə qədər fəaliyyətini erməni millətinin maraqları naminə sürdürmüş və və hətta “erməni soyqırımı” deylən təxribatın Türkiyənin başı üzərində oynanmasına yardım etmişdi. Xatırlayanlar var ki, 1965-də Uruqvayda ilk dəfə “erməni soyqırımı” qəbul olunanda Türkiyə mediyasında bunu alqışlayanlardan olmuşdu. ASALA terrorunun tüğyan elədiyi illərdə də səssizliyini pozmamışdı. Düz 54 il sonra müasir dövrümüzdə “erməni soyqırımı” deyilən provakasiyanın 20-dən artıq ölkədə, bir çox beynəlxalq təşkilatlarda qəbul edildiyi müasir dövrümüzdə Türkiyənin AK Partiyası, CHP və HDP Məclisə 3 Erməni millət vəkili göndərdi. CHP-nin namizəd siyahısında 1-ci sırada olan Erməni vəkil Selina Doğan millət vəkili seçilərkən, AK Partiyadan də Markar Eseyan 12-ci sırada millət vəkili seçilməyi bacardı. HDPde də yenə Erməni namizəd Garo Paylan (əslində Palyan) 2-ci sırada seçilərək millət vəkili oldu. Beləcə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə Erməni millət vəkilləri girmiş oldu. Haqları varmı? Var təbii ki. Vətəndaş olaraq seçmək və seçilmək haqları vardır. Amma bu adamları aday olaraq göstərərkən keçmişdən dərs alınmır. Etyen Mahcupyan keçmiş baş nazirin baş müşaviri olarkən buna dərhal sərt reaksiya vermişdim. O yazının başlığı beləydi:”Etyen Mahcuyan: Soyqırımı tanımak sırası Türkiyənindir”. Və Mahcupyan bütün çıxış və yazılarında bu mövqeyi sərgiləməyə başladı. Mahcupyan Fətullah Gülən camaatına yaxın birisiydi və FETÖ-culuğu o zamandan bəri yürütməyə başlamışdı. Yaxşı ki, onun bu xəyanətkar mövqeyini tez gördülər və işdən çıxarıldı. AK partili Markar Esayan Türkiyə TV-lərini sanki “işğal etmişdir”, hansı praoqramı açırsan Markar Esayan dərs verir. Özü də nə dərsi?. FETÖ tərəfindən sırınması öngörülən ideyalar fikirlər... Nə dərəcədə səmimi olduğunu isə göstərmişdi. 2011-ci ildə atdığı bir tweetində "Yiğit Bulutu danışman yap, Mehmet Altanı Starda barındırma. Dinki, Uludereyi ört. Yok olmanın dayanılmaz hafifliği" ifadələri ilə keçmiş baş bakanı və indiki prezident Tayyip Erdoğan kimin tapşırığı ilə tənqid edirdi? Bir soruşan varmı? Esayan 2012-də yazdığı tweetinde "Hesaplarımı dört sene sonraki seçimler için yapıyorum, yeteri kadar AK Partili görünürsem vekil olabilirim diye. Aslında kripto darbeciyim" diye yazmışdı. Baxın, ortada bir çevriliş cəhdi varsa və bu işə bu adamlar tərəfindən illərlə dəstək verilibsə əlbəttə soruşulmalıdır: Sən kimin vəkilisən?
Bu adam indi millətvəkilidir. O biri erməni millət vəkillərinin yazı və çıxışlarını da təhlil etsək çox açıq görünər ki, bu adamlar Türkiyənin içində Türk düşmənliyi edən şəxslərdir. Qaro Paylanın Məclisdə 1915 olayları ilə bir çıxışına baxmışdım. Heç Ermənistan Parlamentində ən qatı şovinist erməni, məsələn bizim tanıdığımız Zori Balayan belə çıxış edə bilməzdi. Amma erməni Qaro TBMM-də Türklərə söyür, bir dillənən yoxdu. Bu FETÖ-çuluqdan da betər xəyanətdir.
Sual oluna bilər: Bunları kimlər yetişdirib və 54 il sonra Parlamentə soxuşdurublar? Əlbəttə Türkiyəyə düşmən olan qüvvələr. Qəribə odur ki, bunların yetişdiyi mətbuat orqanları Fətullah Gülənə bağlı mətbuat orqanları olub. “Taraf”da, “Zaman”da, “Radikal”da yetişiblər. Bu qəzetlərdə verdikləri yazılarda türk millətini aşağılamağa qədər dərinə gediblər. Onlara dəstək verən milli xəyanətkarlar da olub. Onlar da indi əl- qollarını sallayaraq 7 avqust Yeni Qapı mitinqini lağa qoyurlar. 15 İyil çevriliş cəhdindən sonra bunların hansı mövqedə olmalarını soruşsanız belə deyərdim: Onların mövqeyi həmişə erməni mövqeyi olub!