“FACEBOOK”da 200 TƏTBİQİN fəaliyyəti dayandırıldı
“Facebook” şirkəti böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan 200-nün fəaliyyətini dayandırıb. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti İme Arxibonq bildirib. Məlumata görə, həmin tətbiqlər istifadəçi məlumatlarının sızdırılması hadisəsinin istintaqı bitənə qədər deaktiv edilib. Hansısa tətbiqin istifadəçi məlumatlarından sui-istifadə etməsi müəyyənləşdirilsə, onun fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar.