“DəmirBank”ın xanım filial müdiri həbs edildi - 3 MİLYONA GÖRƏ

“DəmirBank”ın xanım filial müdiri həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var.

Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Keçmiş filial müdiri məhkəmə zalında həbs edilib. 

Proses noyabrın 21-də davam etdiriləcək.

İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblə






Fikirlər