Xalça Muzeyində cinayət xarakterli əməllər: İşçilərin maaş kartları verilmir

Xalça Muzeyində cinayət xarakterli əməllər: İşçilərin maaş kartları verilmirAzərbaycan Xalça Muzeyində ara qarışıb. Muzeydə “ölü can”ların varlığı rəhbərliklə işçilər arasında münasibətlərin kəskin pisləşməsinə gətirib çıxarıb.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, muzeyin direktoru Röya Tağıyevanın istədiyi şəxsləri işə götürüb onlara hər cür şərait yaratmasına kollektivin bəzi üzvləri etiraz edib.

Məlumata görə,100-ə yaxın işçi faktiki işə çıxmır. Onların maaş kartları da direktordadır. Buna görə də onlar aylarla işə gəlmir, “ölü can”ların öhdəsinə düşən iş yükü də hər gün işə çıxan işçilərin üzərinə qoyulur. Bu da haqlı narazılıq yaradıb.

Ötən əsrin 60-70-ci illərindən muzeydə çalışan, hər xalçanın tarixini, qədrini bilən işçilərin sıxışdırılması nəhayətdə muzeydəki “xalçaaltı məsələlər”in də üzə çıxmasına səbəb olub. Bildirilir ki, muzeyin direktor müavini olan xanım baş verənlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək araşdırma aparılmasını istəyib.

Xalça Muzeyində cinayət xarakterli əməllər: İşçilərin maaş kartları verilmirİlkin araşdırmalar zamanı muzeydə cinayət xarakterli əməllər də üzə çıxıb. Qaynağımız bu əməllərin nədən ibarət olması haqda məlumat verməyib. Məsələnin prokurorluğun araşdırmasının nəticəsində ictimaiyyətin diqqətinə gələcəyini söyləyib. Deyib ki, muzeyin direktoru Röya Tağıyeva yaxın qohumlarının və başqa yaxınlarının adlarını ştat cədvəlinə salaraq onlara işə gəlməmək kimi üstünlük yaradıb.

Bundan başqa, muzeydə bilet satışından əldə edilən pul vəsaitinin böyük hissəsinin də rəsmiləşdirilmədiyi məlum olub. Muzeyin Fond, Dəftərxana, Kütləvi işlər, Ekspozisiya, Təsərrüfat və Konservasiya şöbələrində işçilərin qeydiyyat kitablarında faktiki 117 işçinin imzaları olsa da, ştatda 210 nəfərin adı gedir. Belə məlumat var ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Beynəlxalq Banka sorğu verib, həmin bankdan plastik kartlar vasitəsilə neçə muzey əməkdaşının əmək haqqı aldığını araşdırıb. Məlum olub ki, əmək haqqı alan işçilərin sayı 117 yox, 210 nəfərdir, təxminən 100-ə yaxın mövcud olmayan işçiyə də əmək haqqı yazılır. Bu pulların kimin cibinə axmasını müəyyən etmək elə də çətin deyil. Muzeydən təkcə əmək haqqı kimi ildə 250 min manatın mənimsənildiyi iddia olunur.

Xalça Muzeyində cinayət xarakterli əməllər: İşçilərin maaş kartları verilmir

Qeyd edək ki, hazırda Azərbaycan muzeylərində durum illər öncə olandan qat-qat fərqlidir. 15-20 il əvvəl muzeylərdən eksponatların, xalçaların oğurluğu halları haqda məlumatlar tez-tez yayılırdı. İncəsənət Muzeyində saxlanılan 300-ə yaxın eksponatdan 122-si oğurlanmışdı. Sonradan eksponatların bir neçəsi tapıldı, 2 nəfər isə məhkəmə qarşısına çıxarıldı. Məlum oldu ki, məhkəmə qarşısına çıxarılanlar sadəcə icraçılardır. Məhkəmədə üzə çıxmışdı ki, oğurluğu muzey direktorunun tapşırığı ilə muzeyin işçisi edib. Əvvəlcə eksponatlar muzey direktorunun evinə, ertəsi gün isə Mədəniyyət Nazirliyindəki 325-ci otağa aparılmışdı. Amma məhkəmə bu epizodu sona qədər araşdırmadı. 325-ci otağın kimə məxsus olması, eksponatların oradan hara daşınması, harada satılması da aydınlaşdırılmadı.

Təxminən 10 il əvvəl Tarix Muzeyindən də 50-yə yaxın 18-19-cu əsrə aid xalçalar oğurlanıb. İncəsənət Muzeyindən fərqli olaraq bu muzeydən oğurlanan xalça eksponatlarının heç biri tapılmayıb.

İddialarla bağlı Xalça Muzeyi ilə əlaqə saxlanılıb. Oradan Kəmalə Quliyeva adlı əməkdaş deyib ki, onlara yuxarıdakı iddialarla bağlı heç bir fakt məlum deyil.






Fikirlər