Çin bütün dünyanı peyk interneti ilə «örtəcək» – Fuad Qasımovun nəzəriyyəsi GERÇƏKLƏŞİR!

1018974621_700x390

AzPolitika.info «Sinxua» agentliyinə istinadla xəbər verir ki, Çinin kosmik elmlər və sənaye birliyi (ÇKESB) «Xunyun» layihəsi çərçivəsində orbitə 156 kiçik peyk buraxmağı planlaşdırır. Bu, bütün dünyanı genişzolaqlı internetlə əhatə etməyə şərait yaradacaq.

ÇKESB-nin nümayəndəsi Bey Çao bəyan edib ki, Çin üçün bu, internetə genişzolaqlı girişi təmin edən aşağı orbitli peyk sisteminin yaradılması istiqamətində ilk layihədir.

Onun sözlərinə görə, peyklərin kiçik qabariti sayəsində, aşağı maya dəyəri saxlamaqla, onların seriyalı istehsalına və modernləşdirilməsinə tezliklə başlamaq mümkün olacaq. Peyklərin aşağı orbitdə (1000 km ətrafında) yerləşməsi isə siqnalların gecikməsindən yayınmağa imkan verəcək.

«Xunyun» layihəsini 3 mərhələdə reallaqdırmaq planlanır:

Birinci mərhələ – 2018-ci ilə qədər texnologiyanın sınaqdan keçirilməsi məqsədilə ilk sınaq peykinin orbitə çıxarılması;

İkinci mərhələ – 2020-ci ilə qədər kiçik peyk «bürcü»nün yaradılması və fəaliyyətinin yoxlanması məqsədilə 4 peykin buraxılması;

Üçüncü mərhələ – 2025-ci ilədək bütün 156 peykin sistemli işinin reallaşdırılması.

Bu layihənin geniş formatlı və zəlzələnin qabaqcadan dəqiq proqnozunu mümkün edəcək analoqu azərbaycanlı mərhum alim, ufoloq Fuad Qasımov tərəfindən hələ 2000-ci illərin əvvəllərində nəzəri cəhətdən işlənib hazırlanmışdı.

Rəhmətlik F.Qasımovun nəzəriyyəsinə görə, kosmosda müəyyən nöqtələrdə (Fuad müəllim həmin nöqtələrin yerini hesablayıb tapmışdı!) müəyyən sayda «xəbərçi-peyk»lər (rəhmətlik, peyklərin sayını da tapmışdı!) yerləşdirməklə, yer kürəsinin ixiyari nöqtəsində baş verəcək zəlzələnin dəqiq vaxtını proqnoz etmək mümkün işdir. Sadəcə, buna külli miqdarda maliyyə vəsaiti lazımdır. Fuad müəllim bunun da yolunu göstərmişdi – dünyanın bütün dövlətləri bu işə maliyyə ayırmalıdır!

Burası Azərbaycandır! Fuad Qasımova dəstək vermək əvəzinə, nəzəri-tətbiqi-elmi baxımdan ölkənin «qısır akademik zümrə»si onu sadəcə, çərlədib öldürdü! Bəziləri isə indi durub danışırlar ki, nə üçün Azərbaycan alimlərindən heç biri Nobel mükafatı almayıb?

 






Fikirlər