“ABŞ və Rusiya Ukraynanı böləcək” – ŞOK PROQNOZ
“Əgər yerli siyasətçilər ölkəni güclü geosiyasi oyunçu etməsələr, dünya liderləri Ukraynanı təsir sahələrinə bölə bilərlər”. Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda rusiyalı politoloq Andrey Okara bildirib. Okara qeyd edib ki, bu cür ssenarilər bir sıra ölkələrlə bağlı həyata keçirilib. “Polşa, həmçinin Baltikyanı ölkələr, Belarus və Ukraynanın bölünməsi bu cür olub. Kreml və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ, Fransa və Almaniyanı, bütövlükdə Qərbi Minsk razılaşmalarının köməyi ilə Ukraynanın bölünməsinə çox effektiv və ardıcıl şəkildə istiqamətləndirirlər”, - politoloq bildirib. Onun sözlərinə görə, Krımın zəbt edilməsi və “Donetsk Xalq Respublikası” ilə “Luqansk Xalq Respublikası”nın mövcudluğunun faktiki tanınması Ukraynanın təsir sahələrinə bölünməsindən xəbər verir. Politoloq vurğulayıb ki, Qərb ölkələri Kiyevdə hakimiyyət uğrunda gedən mübarizələrə əsasən Ukraynanın taleyi barədə qərar verəcəklər. AzerTaym.az