Akif Əlinin səhhətində problem yarandı – İSTANBULA GETDİ

akif eli

Moderator.az-a daxil olan məlumata görə dünya şöhrətli alimimiz Lütfi Zadə haqqında dediyi qeyri-etik ifadə səbəbindən ümummili qınaqla üzləşən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli səhhətində yaranan problem üzündən Türkiyəyə, İstanbuldakı klinikaların birinə yollanıb.

İş günü olmadığından xəbəri dəqiqləşdirmək imkanımız olmadı və öz mobil telefonu da bağlı olduğundan xəbərin nə dərəcədə həqiqət olub-olmadığını müəyyənləşdirə bilmədik.

Hər halda etdiyi xətaya baxmayaraq ona can sağlığı arzulayırıq və ümid edirik ki, bunca qınağa tuş gəldiyindən xeyli sarsılmış ürəyi onun “sözünə baxacaq” və tezliklə jurnalistlərə nədən mərhum alimimizlə bağlı belə bir qəbahətə yol verdiyinə ayıq başla aydınlıq gətirəcək.






Fikirlər